Azərbaycanda 38 yeni koronavirus xəstəsi qeydə alındı

Azərbaycanda 38 yeni koronavirus xəstəsi qeydə alındı

22-04-2020 16:16 / Bu xəbər 1066 dəfə oxundu

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 42 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. 

"Hazırkı dövrədək ölkəmizdə 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 907 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir", - məlumatda bildirilir.

Qeyd olunur ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108.221 test aparılıb.