Azərbaycanda 5,1 bal gücündə zəlzələ oldu: dağıntılar varmı?

Azərbaycanda 5,1 bal gücündə zəlzələ oldu: dağıntılar varmı?

20-01-2024 01:05 / Bu xəbər 868 dəfə oxundu

Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub.

Bildirilir ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.