Azərbaycanda 584 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

Azərbaycanda 584 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

20-10-2020 18:09 / Bu xəbər 1287 dəfə oxundu

128 nəfərin sağaldığı bildirilir

Oktyabrın 20-də Azərbaycanda 584 nəfər COVİD-19 infeksiyasına yoluxub, 5 xəstə ölüb, 128 nəfər sağalıb.

Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 45 min 879 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib.

"Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 4972 nəfərdir”, - məlumatda qeyd olunub.

Eyni zamanda, ötən müddətdə 1 milyon 241 min 664 testin aparıldığı qeyd olunub: "Bugünkü test sayı isə 9028-dir”.