Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edildi

Azərbaycanda 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edildi

23-03-2020 21:16 / Bu xəbər 541 dəfə oxundu

Sabahdan 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan ediləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərarında belə deyilir.

Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi tapşırılıb.