Azərbaycanda amnistiya gözlənilir

Azərbaycanda amnistiya gözlənilir

29-10-2021 11:27 / Bu xəbər 752 dəfə oxundu

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktının qəbul olunacağı gözlənilir.

Məlumatı Unikal.org yayıb.

Amnistiya aktının 8 Noyabr Zəfər günü ərəfəsində qəbul ediləcəyi bildirilir. Amnistiyanın 10 mindən çox şəxsə şamil olunacağı gözlənilir. 

Onlardan 1500-ə yaxın məhbusun isə azadlığa çıxması mümkün olacaq.

Xatırlatma

Azərbaycanda sonuncu dəfə amnistiya aktı 2016-cı ildə qəbul olunub. 

Amnistiya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. 

Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.