Azərbaycanda aviaşirkətin yarım milyonluq vergi borcu üzə çıxdı

Azərbaycanda aviaşirkətin yarım milyonluq vergi borcu üzə çıxdı

04-08-2020 11:13 / Bu xəbər 1769 dəfə oxundu

Azərbaycanda aviaşirkətin yarım milyon manatdan çox vergi borcu olduğu üzə çıxıb. 

Söhbət "Silk WAY Aviaşirkəti” MMC-dən gedir.  

Mediapost.az istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə,  şirkətin cari vergi öhdəliyi 583 227 manat  təşkil edir. 

"Silk Way Aviaşirkəti"  "Silk Vey Vest Aviaşirkəti"  və "Silk Vey Development" MMC ilə birgə "Silk Vey Holdinq"ə daxildir.  

Holdinq iyunun 22-də nizamnamə kapitalını azaltdığını elan etmişdi. 

Hazırda holdinqin nizamnamə kapitalı 46,1 milyon manat, digər 3 şirkətin nizamnamə kapitalı isə müvafiq olaraq 97  milyon manat, 173,4 milyon manat və 77,3 milyon manatdır.