Azərbaycanda bir gündə 1569 nəfər məsuliyyətə cəlb edilib

Azərbaycanda bir gündə 1569 nəfər məsuliyyətə cəlb edilib

08-04-2020 17:06 / Bu xəbər 1239 dəfə oxundu

İnzibati məsuliyyətə cəlb edilənlərin sayı artır

Xüsusi karantin rejimi ilə əlaqədar ölkə ərazisində 07.04.2020-ci il saat 00:00-dan 08.04.2020-ci il 00:00-dək nəqliyyat vasitələri ilə hərəkətdə olan 1569 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, həmin şəxslər koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozublar.

"Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib, - məlumatda deyilir.

Azərbaycanda aprelin 1-dən 20-dək koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi elan olunub. 

Nizami