Azərbaycanda bir gündə 162 nəfər infeksiyaya yoluxub

Azərbaycanda bir gündə 162 nəfər infeksiyaya yoluxub

24-09-2020 16:44 / Bu xəbər 767 dəfə oxundu

1 nəfərin öldüyü, 133 nəfərin sağaldığı deyilir
 
Sentyabrın 24-də Azərbaycanda 1 xəstə COVİD-19 infeksiyasından ölüb, 162 adam infeksiyaya yoluxub, 133 nəfər sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycanda indiyə qədər 39 min 686 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Onlardan 37 min 255 nəfər müalicə olunaraq sağalıb, 581 pasiyent vəfat edib.  

Hazırda aktiv xəstə sayı 1850 nəfərdir.

Operativ qərargah ötən müddətdə 1 milyon 80 min 873 testin aparıldığını qeyd edib.

Bugünkü test sayının isə 7618 olduğu deyilir.