Azərbaycanda bir gündə 175 nəfər koronavirusa yoluxub

Azərbaycanda bir gündə 175 nəfər koronavirusa yoluxub

09-09-2020 18:19 / Bu xəbər 1633 dəfə oxundu

3 xəstənin vəfat etdiyi bildirilir

Sentyabrın 9-da Azərbaycanda 175 adam COVİD-19 infeksiyasına yoluxub, 154 nəfər müalicə olunaraq sağalıb, 3 xəstə ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ qərargah Azərbaycanda indiyə qədər 37 min 732 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib: "Onlardan 35 min 119 nəfər müalicə olunaraq sağalıb, 555 pasiyent ölüb. Aktiv xəstə sayı 2058 nəfərdir”.

Eyni zamanda, ötən müddətdə 980 min 978 testin aparıldığı qeyd edilib: "Bugünkü test sayı isə 7040-dır”.