Azərbaycanda: bir gündə 6 ölüm, 396 koronavirusa yoluxma

Azərbaycanda: bir gündə 6 ölüm, 396 koronavirusa yoluxma

27-07-2020 18:41 / Bu xəbər 1335 dəfə oxundu

Sağalıb evə buraxılanların sayı 550-ni keçib

Azərbaycanda koronavirus infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.