Azərbaycanda bu qida şirkəti cərimələndi

Azərbaycanda bu qida şirkəti cərimələndi

21-07-2019 11:39 / Bu xəbər 585 dəfə oxundu

Maliyyə Bazarlarına Nəzarət Palatası "Alpenfood” MMC-ni cərimələyib.

"Foodinfo.az" saytına istinadla xəbər verir ki, şirkətin cərimələnməsinə səbəb vayuta tənzimi qaydalarını pozmasıdır.

Şirkətin hansı məbləğdə cərimələndiyi məlum deyil.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. 

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.