Azərbaycanda da meşə yanğınları başlayıb

Azərbaycanda da meşə yanğınları başlayıb

02-08-2021 17:25 / Bu xəbər 2067 dəfə oxundu

Yardımlı rayonunun Honuba kəndi yaxınlığında meşə zolağında yanğın başlayıb.

Bu barədə avqustun 2-də Fövqəladə Hallar Nazirliyi məlumat verib. 

Bildirilir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər yanğınsöndürmə işlərinə cəlb olunub. 

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə, təxminən 15 ha sahədə xəzəl, kol-kos, qurumuş ağac kötükləri və qismən ağaclar yanır. 

İctimaiyyətə əlavə məlumatın veriləcəyi bildirilib.