Azərbaycanda daha 42 xəstə koronavirusdan vəfat edib

Azərbaycanda daha 42 xəstə koronavirusdan vəfat edib

19-12-2020 16:24 / Bu xəbər 689 dəfə oxundu

"3705 adam infeksiyaya yoluxub"

Dekabrın 19-da Azərbaycanda 42 xəstə COVİD-19 infeksiyasından ölüb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, 3705 adam infeksiyaya yoluxub, 4 210 nəfər müalicə olunaraq sağalıb.

Opetativ Qərargah Azərbaycanda indiyə qədər 199 127 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu açıqlayıb: "Onlardan 135 462 nəfər müalicə olunaraq sağalıb, 2 175 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 61 490 nəfərdir”.

Qərargah son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 931, bu günə qədər isə ümumilikdə 2 049 239 testin aparıldığını bildirib.