Azərbaycanda dollar yenidən bahalaşır? - Mərkəzi Bankdan açıqlama

Azərbaycanda dollar yenidən bahalaşır?   - Mərkəzi Bankdan açıqlama

08-04-2015 00:09 / Bu xəbər 1474 dəfə oxundu

Dolların kəskin bahalaşacağı ilə bağlı deyilənlər şayiədir.

Bunu ANS PRESS-ə açıqlamasında Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirdi.

Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib: "Sabah kəskin bahalaşma barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur".

Qeyd edək ki, dolların növbəti dəfə kəskin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən də Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.

Valyutadəyişmə məntəqəsində çalışanlar sabah dolların 10 qəpik bahalaşacağın bildiriblər.

Arqument.Az