Azərbaycanda hərbi vəziyyət ləğv olundu

Azərbaycanda hərbi vəziyyət ləğv olundu

11-12-2020 13:45 / Bu xəbər 588 dəfə oxundu

Milli Məclisin bu gün keçirilən iclasında "Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi barədə” məsələ müzakirə olunub.

Parlament hərbi vəziyyətin ləğv olunmasını təsdiqləyib.

Hərbi vəziyyətin 12 dekabr saat 00.00-dan ləğv edilməsi nəzərdə tutulur.