Azərbaycanda ilk dəfə 4DX-da cizgi filmi nümayiş olunur

Azərbaycanda ilk dəfə 4DX-da cizgi filmi nümayiş olunur

18-07-2022 10:12 / Bu xəbər 792 dəfə oxundu

"Dəniz Mall” ticarət mərkəzindəki "CinemaPlus”da Azərbaycanda ilk dəfə olaraq "Minyonlar: Qrüvitasiya” cizgi filmi ən son 4DX texnologiyası ilə nümayiş olunur.

Bu, 2014-cü ildə kiçik sarı canlılar haqqında çəkilən "Minyonlar” filminin davamıdır. 

Uşaqların sevimli qəhrəmanları ilə balaca tamaşaçılar ilk dəfə  "Mən yaramazam” (2010) cizgi filmində tanış olublar. 

Filmin rejissoru Kayl Baldadır. 

Cizgi filminin qəhrəmanlarını Stiv Karell, Pyer Koffen, Taraci Henson, Mişel Yeo, Jan-Klod Van Damm və başqa aktyorlar səsləndiriblər.

Süjet xəttinə gəlincə, bir milyon ildir ki, minyonlar ən böyük və ən güclü lideri axtarırlar. Nəhayət, onlar Qrü ilə rastlaşırlar. Qrü hələ çox gənc olsa da, beynində  planeti titrədəcək çox pis planlar var...

"CinemaPlus” kinoteatrlar şəbəkəsində bu film 3 dildə - rus, ingilis dillərində və Türkiyə türkcəsində nümayiş olunur.

4DX texnologiyası filmlərin hərəkət, fırlanma və kreslo titrəyişlər, su damcıları və külək, ildırım və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlər ilə vizual effektlərini genişləndirir. 

Hər bir 4DX zalı məkanda video ilə sinxron olaraq 21 müxtəlif effekt ilə hərəkət edən və filmin nümayişindən maksimal həzz almaq imkanı verən oturacaq yerlərindən ibarətdir. 

İndiyədək 650-dən çox Hollivud filmi 4DX formatında nümayiş olunub.

Ülviyyə