Azərbaycanda koronavirus: 526 yoluxma, 502 nəfər sağalıb

Azərbaycanda koronavirus: 526 yoluxma, 502 nəfər sağalıb

10-07-2020 20:53 / Bu xəbər 1125 dəfə oxundu

Azərbaycanda daha 526 nəfər koronavirusa yoluxub, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər vəfat edib.