Azərbaycanda koronavirus: 803 yeni yoluxma

Azərbaycanda koronavirus: 803 yeni yoluxma

03-01-2021 19:53 / Bu xəbər 407 dəfə oxundu

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Məlumata görə, son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib. 

Hazırda 22 689 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 200, bu günə qədər isə ümumilikdə 2 210 426 test icra olunub.