Azərbaycanda koronavirus: bir gündə 521 yoluxma, 6 ölü
27-06-2020 20:54 / Bu xəbər 1595 dəfə oxundu
İyunun 27-də Azərbaycanda koronavirus infeksiyasına daha 521 yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq evə buraxılıb, 6 xəstə isə ölüb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Operativ qərargah Azərbaycanda bu günə qədər 15 min 890 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 pasiyent ölüb. Aktiv xəstə sayı 6978 nəfərdir”.
Eyni zamanda, ötən müddətdə 461 min 861 testin aparıldığı qeyd edilib: "Bugünkü test sayı isə 5646-dür”.