Azərbaycanda koronavirusa 125 yeni yoluxma

Azərbaycanda koronavirusa 125 yeni yoluxma

01-03-2021 18:14 / Bu xəbər 1460 dəfə oxundu

3 nəfərin vəfat etdiyi bildirilir

Martın 1-də Azərbaycanda 125 adam COVİD-19 infeksiyasına yoluxub, 71 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda testi müsbət çıxan 3 nəfərin öldüyü qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 234 min 662 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib.

"Onlardan 228 min 839 nəfər müalicə olunaraq sağalıb, 3223 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2600 nəfərdir", - məlumatda bildirilir. 

Qərargah ötən müddətdə 2 milyon 602 min 884 testin aparıldığını vurğulayıb: "Bugünkü test sayı isə 4205-dir".