Azərbaycanda koronavirusa 4451 yeni yoluxma: 39 nəfər vəfat edib
13-12-2020 17:07 / Bu xəbər 576 dəfə oxundu
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb, 4283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargah yaydığı məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 175 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Onlardan 111918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib, aktiv xəstə sayı 62034 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15059, bu günə qədər isə ümumilikdə 1 953 303 test icra olunub.













