Azərbaycanda koronavirusa yeni yoluxma: 1759 nəfər

Azərbaycanda koronavirusa yeni yoluxma: 1759 nəfər

26-03-2021 18:45 / Bu xəbər 1900 dəfə oxundu

24 nəfərin vəfat etdiyi bildirilir

Sutka ərzində Azərbaycan Respublikasında koronavirus infeksiyasına 1759 nəfər yoluxub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 511 nəfər müalicə olunaraq sağalıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 252 min 680 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 234 min 893 nəfər müalicə olunaraq sağalıb, 3445 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 342 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 816 min 784 test aparılıb. Bugünkü test sayı isə 8923-dür.