Azərbaycanda koronavirusa yeni yoluxma: 3942

Azərbaycanda koronavirusa yeni yoluxma: 3942

02-12-2020 18:03 / Bu xəbər 771 dəfə oxundu

37 nəfərin vəfat etdiyi bildirilir

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 3942 yeni yoluxma faktı qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində belə deyib.

O bildirib ki, 2 265 nəfər sağalaraq evə buraxılıb, analiz nümunələri müsbət çıxan daha 37 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 79 162 nəfər müalicə olunaraq sağalıb, 1470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411, bu günə qədər isə ümumilikdə 1 763 609 test icra olunub.