Azərbaycanda koronavirusa yoluxma sayı 1000-i keçdi
20-03-2021 22:27 / Bu xəbər 1752 dəfə oxundu
Azərbaycanda koronavirus infeksiyasına 1 187 yeni yoluxma faktı qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan martın 20-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 232 534 nəfər müalicə olunaraq sağalıb, 3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.
Ölkədə son sutka ərzində 11 692 , hazırkı dövrədək isə 2 768 149 test aparılıb.












