Azərbaycanda koronavirusun "Britaniya ştammı" aşkarlandı
18-03-2021 14:18 / Bu xəbər 2729 dəfə oxundu
Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq, "Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.
Bu barədə martın 18-də Milli Hematologiya və Transfuziologiya Mərkəzindən məlumat verilib. .
Məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində "Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkarlanıb.
Mütəxəssislərin qənaətinə görə, koronavirusun "Britaniya ştammı"nın yoluxuculuq qabiliyyəti hədsiz çoxdur və öldürücülük səviyyəsi də yüksəkdir.
Bununla belə, Azərbaycanda koronovirus əleyhinə istifadə olunan "Coronavac” vaksininin yeni ştammlara qarşı effektiv olduğu bildirilir.












