Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr
20-03-2021 01:46 / Bu xəbər 1416 dəfə oxundu
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.
"Koronavirus.info" saytının martın 19-da verdiyi xəbərə görə, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 52.9 faiz. Yoluxma Aranda 12.9 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.8 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.
Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.
Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası da açıqlanıb.
Hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.2 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.8 faiz, Nərimanovda 8.3 faiz, Suraxanıda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 6.9 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.1 faiz, Səbaildə 5.1 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.












