Azərbaycanda meyitdən gözün buynuz qişasının götürülməsinə icazə verilir ​

Azərbaycanda meyitdən gözün buynuz qişasının götürülməsinə icazə verilir ​

06-06-2020 12:53 / Bu xəbər 909 dəfə oxundu

Azərbaycanda meyit üzərində gözün buynuz qişası hər hansı bir icazə və vəsiyyət olmadan transplantasiya məqsədi ilə götürüləcək.

"Report” xəbər verir ki, bu barədə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilər.

Qanun layihəsi iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.