Azərbaycanda nazir yeni növ koronavirusa yoluxdu

Azərbaycanda nazir yeni növ koronavirusa yoluxdu

21-04-2021 15:16 / Bu xəbər 1244 dəfə oxundu

Anar Kərimovla təmasda olan nazirlik işçiləri karantinə alınıblar

Mədəniyyət naziri Anar Kərimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Nazirliyin məlumatına görə, nazirin analiz nümunəsinin nəticəsi müsbət çıxdığından o, karantinə alınıb.

"COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir”, - nazirliyin məlumatında bildirilir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığı və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilib.///Meydan.Tv