Azərbaycanda nazirin oğlu dünyasını dəyişdi

Azərbaycanda nazirin oğlu dünyasını dəyişdi

15-09-2017 23:41 / Bu xəbər 1325 dəfə oxundu

Azərbaycanın Müdafiə Sənayesi naziri Yavər Camalovun oğlu dünyasını dəyişib.
 
Bu barədə məlumatı APA-ya ailəyə yaxın mənbə bildirib.
 
Mənbənin məlumatına görə, nazir Yavər Camalovun oğlu, 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişib.
 
Mərhumun cənazəsi Bakıya sentyabrın 16-da gətiriləcək. Rövşən Camalovun dəfn tarixi hələ dəqiqləşməyib.