Azərbaycanda növbədənkənar prezident seçkisi olacaq
07-12-2023 15:50 / Bu xəbər 943 dəfə oxundu
İlham Əliyev sərəncam imzalayıb
2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Həmin seçkilər növbədənkənar baş tutub.
İlham Əliyev 20 ildir ki, prezidentdir.