Azərbaycanda onlayın dələduzluq

Azərbaycanda onlayın dələduzluq

25-02-2021 11:37 / Bu xəbər 1314 dəfə oxundu

Pandemiya ilə bağlı onlayın ticarətə ehtiyac yarandıqca sui-istifadə hallarına da rast gəlinir.

Əsasən instagramda səhifələr yaradaraq vətəndaşlara onlayın sifarişlər təklif edən şəxslər müxtəlif adlar altında dələduzluqla məşğul olurlar. 

Bu səhifələrdən biri də "Philips Avent Baku"dur. 

Səhifə Türkiyədən gətirilən müxtəlif çeşiddə elektron aparatları, uşaq məhsulları təqdim edərək izləyiciləri cəlb edir, lakin müştərilər onlayın ödəniş etdikdən sonra onlara heç bir məhsul çatdırılmır və izah verilmir. 

Bu barədə arqument.az-a müştərilər məlumat veriblər. 

Səhifədə qoyulan telefonlara da (0508555685) cavab verilmir. 

Ödəniş kartı isə Seyidov Eltun Mirqafar oğlunun adınadır. Ödənişlər "Kapital Bank"ın 4169741361983560 nömrəli kartına edilir. 

Şikayətçilər deyirlər ki, 5-6 ay öncə etdikləri ödənişlərə görə heç bir məhsul ala bilməyiblər, şirkət də onlara heç bir cavab vermir. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edənlər də olub. Lakin hələ ki heç bir addım atılmayıb. 
 
Şikayətçilərdən biri Daxili İşlər Nazirliyinin "102 Çağrı mərkəzi"nə də məlumat verdiyini bildirib. 

Şirkətlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Nə səhifədə qoyulan telefona, nə də yazılan mesajlara cavab verdilər.