Azərbaycanda qızıl yataqları istismara veriləcək

Azərbaycanda qızıl yataqları istismara veriləcək

25-11-2020 12:20 / Bu xəbər 1101 dəfə oxundu

Bu il Daşkəsən rayonunda yerləşən "Ağyoxuş”, növbəti ildə "Mərəh”, 2022-ci ildə isə "Tülallar” qızıl yatağının və "Çovdar” qızıl yatağının yeraltı (sulfid) fazasının istismara verilməsi nəzərdə tutulur. 

Bu barədə noyabrın 25-də "AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. 

"Avropanın ən iri polimetal yataqlarından biri hesab edilən "Filizçay” layihəsinin icrasının optimallaşdırılması nəticəsində yatağın istismarına əvvəlcə planlaşdırılan müddətdən 2 il daha tez, yəni 2025-ci ildə başlamaq mümkün olacaq. 

Bununla yanaşı, müvafiq olaraq Şəmkir və Gədəbəy rayonlarının ərazisində yerləşən "Qaradağ”, "Xar-xar” və "Cəyirçay” mis yataqlarının 2026-cı ildə, Balakəndə yerləşən digər polimetal yatağı – "Mazımçay”ın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır", - məlumatda bildirilib.