Azərbaycanda restoran, kafe və çayxanalar bağlanır

Azərbaycanda restoran, kafe və çayxanalar bağlanır

27-03-2020 21:28 / Bu xəbər 1215 dəfə oxundu

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb. 

Qərar Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı verilib. 

Operativ Qərargahın yaydığı rəsmi məlumatda deyilir ki, 29 mart saat 00:00-dan etibarən ictimai iaşə obyektlərindən evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.