Azərbaycanda Rusiya saytları bloklanıb

Azərbaycanda Rusiya saytları bloklanıb

04-03-2022 17:02 / Bu xəbər 758 dəfə oxundu

Martın 4-dən Azərbaycan ərazisində Rusiya prezidentinin (kremlin.ru), Rusiya XİN-in (mid.ru), Sputnik-Novosti-nin (Sputnik.ru), RBC-nin (rbc.ru) saytları açılmır.

"RİA-Novosti"nin saytı (rian.ru) və bir sıra digər saytlar fasilələrlə işləyir.

Bu saytlara VPN vasitəsilə belə daxil olmaq mümkün deyil.

Azərbaycanın Rabitə Nazirliyindən şərh almaq mümkün olmayıb. 

Bununla belə, "Sputnik-Azərbaycan"ın ofisindən "Turan"ın müxbirinə bildiriblər ki, onlarda texniki problem yoxdur.

Bir müddət əvvəl beynəlxalq haker qrupları Rusiya saytlarına hücum etməklə hədələmişdilər.