Azərbaycanda son 10 gündə 1 milyard dollar satılıb - Devalvasiya ajiotajı

Azərbaycanda son 10 gündə 1 milyard dollar satılıb - Devalvasiya ajiotajı

13-03-2020 14:41 / Bu xəbər 1995 dəfə oxundu

"Son 10 gündə 1 milyard dollara yaxın valyuta satılıb".

Bunu iqtisadçı, ADR Hərəkatının sədri Qubad İbadoğlu yazıb.

O bildirib ki, hazırda Dövlət Neft Fondu valyuta bazarına dollar təklif edən yeganə satıcıdır: "Sizinlə sadə arifmetik hesablama aparmaq istəyirəm. Burdan özünüz bır sıra suallara, o cümlədən də devalvasiya olacaq, yoxsa yox sualına cavab tapacaqsınız. Deməli, hazırda Dövlət Neft Fondu valyuta bazarına dollar təklif edən yeganə satıcıdır. Satdığı dolları manat çevirən Fond onu büdcəyə köçürür. Bu mədsədlə Fond tərəfindən 2020-ci il ərzində ümumilikdə 6,8 milyard ABŞ dolları məbləğində xarici valyutanın satışa çıxarılması nəzərdə tutulur". 

"Fondun yaydığı məlumata görə, cari ilin əvvəlindən bugünə qədər satışa ümumilikdə 1,8 milyard ABŞ dolları həcmində valyuta çıxarılıb. Bu o deməkdir ki, Fond bundan sonrakı 9 ay 19 gündə maximum 5 milyard dollar (6,8 mlrd. dollar - 1,8 mlrd. dollar) sata bilər. İlk 2 ayda dollara orta hesabla 900 milyon tələbat yaranıbsa, sonrakı 10 ayda orta hesabla 500 milyon satmaqla valtyuta bazarını tənzimləmək olacaqmı? Digər tərəfdən diqqətinizi bir məsələyə də cəlb etmək istərdim Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları, fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb", - Qubad İbadoğlu bildirib. 

Onun sözlərinə görə, Fondun bu günə kimi valyuta bazarında satdığı 1,8 milyard dollar vəsaitin 843,6 milyon dolları ötən 2 ayın, 956,4 milyon ABŞ dolları isə son 12 günün payına düşüb: "Doğrudanmı, son son 10 gündə satılan 1 milyard yaxın dolları sadə əhali alıb? Təbii ki, onda böyük ehtimalla hazırda dolları tələbatı artıranlar oliqarxlardır".

"Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Fondun keçmiş icracı direktoru Şahmar Mövsümov açıqlama verib: "Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur", - iqtisadçı bildirib. 

"ABŞ bilmir ki, 1 ildən sonra durum necə olacaq. Şahmar Mövsümov deyir ki, 20 il işləməsək də pulumuz bəs edər. Görünür ki, belə açıqlama verəndə özlərini düşünüb bu nəticəyə gəlirlər. Əksər əhali günlük düşünür və gündəlik dolanışıq üçün işləyir. Siz özünüz hesablayın görək, narahatlığa əsas var, yoxsa yox? Sizcə, valyutaya artan tələbatı gələcəkdə Fond necə ödəyəcək?", - iqtisadçı qeyd edib.