Azərbaycanda son bir günə olan yoluxma: 588 nəfər

Azərbaycanda son bir günə olan yoluxma: 588 nəfər

02-07-2020 01:55 / Bu xəbər 1281 dəfə oxundu

Azərbaycanda daha 588 nəfər koronavirusa yoluxub, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7 831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 682, ötən müddət ərzində isə 488 852 test aparılıb.