Azərbaycanda virusa 2361 yeni yoluxma qeydə alındı

Azərbaycanda virusa 2361 yeni yoluxma qeydə alındı

02-04-2021 18:14 / Bu xəbər 1961 dəfə oxundu

24 nəfərin vəfat etdiyi bildirilir

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 2361 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 822 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 24 nəfər COVID-19-dan vəfat edib.

Məlumata görə, indiyədək ölkədə ümumilikdə 266 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 239 807 nəfər müalicə olunaraq sağalıb, 3617 nəfər vəfat edib, aktiv xəstə sayı 22 898 nəfərdir".

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 127, ötən müddət ərzində isə ümumilikdə 2 901 160 test aparılıb.