Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

28-08-2021 22:45 / Bu xəbər 2886 dəfə oxundu

 
Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək uzadılıb.

Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda bildirilir ki, 2021-ci il 1 noyabr saat 06:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər istisna olmaqla digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə veriləcək.

Həftəsonları ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət qüvvədə saxlanılıb.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ildən tətbiq edilir.

2021-ci ildə təbiq edilən xüsusi karantin rejiminin müddəti isə sentyabrın 1-də başa çatırdı.