Azərbaycanda xüsusi karantin rejiminin vaxtı uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin vaxtı uzadıldı

22-07-2021 17:25 / Bu xəbər 4677 dəfə oxundu

Qərara əsasən, həftə sonları ictimai nəqaliyyatın fəaliyyəti də dayandırılacaq

Azərbaycanda xüsusi karantin rejiminin vaxtı uzadılıb.

Baş nazir Əli Əsədovun imzaladığı qərarda belə deyilir.

Bildirilir ki, xüsusi karantin rejimi 1 sentyabr saat 06:00-dək davam edəcək.

Qərara əsasən, həmin müddətdə həftə sonları ictimai nəqaliyyatın da fəaliyyəti dayandırılacaq.

Daha öncə tətbiq edilən xüsusi karantin rejiminin müddəti avqustun 1-də başa çatırdı.

2019-cu ilin sonu Çində yaranıb dünyaya yayılan COVİD-19 virusunun indiyədək dünyada 4,1 milyondan çox şəxsin ölümünə səbəb olduğu bildirilir.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatının koronavirusu pandemiya elan edib.