Azərbaycanda yeni metrostansiya istifadəyə verildi

Azərbaycanda yeni metrostansiya istifadəyə verildi

29-05-2021 15:02 / Bu xəbər 874 dəfə oxundu

Mayın 29-da Bakı Metropoliteninin "8 Noyabr” stansiyası istifadəyə verilib.

Bu barədə "Azərtac" xəbər yayıb.

Bildirilir ki, ki, Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.

8 noyabr Azərbaycanda İkinci Qarabağ müharibəsində Şuşanın işğaldan azad olunduğu gün kimi qeyd olunur.

"8 Noyabr” stansiyası Nəsimi rayonu ərazisində, Ceyhun Səlimov (Papanin) küçəsində Hərbi Hospitalın qarşısında yerləşir.

"8 Noyabr” metrostansiyası Bənövşəyi xəttin 3-cü stansiyasıdır.

"Bənövşəyi xətt"in ilk stansiyası (şərti olaraq B-1) Bakı Beynəlxalq Avtovağzalında işə düşüb, sonrakı stansiya B-2 və ya "Memar Əcəmi-2” stansiyasıdır.

Başlanğıcını Bakı Beynəlxalq Avtovağzalından (gələcəkdə Xocahəsən qəsəbəsinədək uzanacaq) götürən "Bənövşəyi xətt" bütün paytaxtı keçərək Qaraçuxur qəsəbəsinədək uzanacaq.

Bu xəttin digər özəlliyi onun şəhərin mərkəzindən keçməsidir ki, nəticədə paytaxtın bu ərazilərində sərnişin daşımaları qat-qat asanlaşmalıdır.

1967-ci ildə fəaliyyətə başlayan Bakı Metropoliteninin 26 stansiyası var.