Azərbaycanda Zəfər Gününü qeyd edilir

Azərbaycanda Zəfər Gününü qeyd edilir

08-11-2021 00:20 / Bu xəbər 2645 dəfə oxundu

8 Noyabr -  Azərbaycanın 44 günlük müharibədə qələbə qazanmasından bir il ötür.

Bu gün Azərbaycanda Zəfər Gününü kimi qeyd edilir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. 

Ölkə başçısı İlham Əliyev xalqa müraciətində bildirib ki, bu, Ermənistanın imzaladığı kapitulyasiya aktıdır. 

Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub.

Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşıb.

Müdafiə Nazirliyi bu günədək 2908 şəhidin dəfn olunduğunu açıqlayıb. 

6 hərbçinin itkin düşdüyü bildirilir.