Azərbaycanın Bütövlük Platforması elan olunub
15-10-2022 21:40 / Bu xəbər 994 dəfə oxundu
Bu gün Azərbaycanın Bütövlük Platformasının təsis toplantısı keçirilib.
Məlumatı ABP-nin təşkilat komitəsi yayıb.
Toplantını giriş sözü ilə təşəbbüs qrupunun sədri Bəhram İsmayılov açıb və təşkilatın məram və məqsədlərindən danışıb: "Azərbaycan Respublikasının güclənməsi, Güney Azərbaycanda aparılan istiqlal mücadiləsinə dəstək, türk dövlətlərinin inteqrasiyasının sürətlənməsi üçün insanlarımızın ideoloji mübarizəsini, təşkilatlanmasının vacibliyini əsas hesab edərək biz Azərbaycanın Bütövlük Platformasını təsis etmək qərarına gəldik", - deyə o bildirib.
Toplantıda Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseyn, Milli Şair Rüstəm Behrudi, Ümid Partiyasının sədr müavini Taleh Əliyev, VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, BAXCP sədr müavini Əli Həziquliyev, hərəkatçı Elçin Paşayev və başqaları çıxış edərək ABP-nin yaranma zərurəti, fəaliyyəti və ideyası haqqında danışıblar.
Çıxışlarda bildirilib ki, Azərbaycanın Bütövlük Platforması Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ideoloji hərəkatdır.
Bildirilir ki, ABP-nin məqsədi Azərbaycan xalqının öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır.












