Azərbaycanın iki hərbi qulluqçusu minaya düşüb

Azərbaycanın iki hərbi qulluqçusu minaya düşüb

28-11-2021 15:16 / Bu xəbər 947 dəfə oxundu

Daxili Qoşunların iki hərbi qulluqçusu Füzulidə minaya düşüb.

Noyabrın 28-də Azərbaycan Daxili Qoşunlarının iki hərbi qulluqçusu Füzuli rayonunda minaya düşüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, rayonun Şükürbəyli kəndində piyada əleyhinə minaya düşən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, hazırda faktla bağlı Füzuli Hərbi Prokurorluğunda araşdırma aparılır.