Azərbaycanın İsraildəki səfiri HƏMAS-ın hücumunu pislədi

Azərbaycanın İsraildəki səfiri HƏMAS-ın hücumunu pislədi

09-10-2023 12:02 / Bu xəbər 819 dəfə oxundu

"Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqlarda qalmağa məcburuq. Mən əndazəsiz raket hücumlarını və dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm".

Bunu oktyabrın 8-də Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov "X" hesabında yazıb. 

Səfir həmçinin qeyd edib ki, çox sayda qadın və uşaqların terrorçular tərəfindən qaçırılmasından, dinc əhalinin şiddət və zorakılığa məruz qalmasından dəhşətə gəlib. 
"Bütün suveren dövlətlər kimi, İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var”, - deyə Muxtar Məmmədov bildirib.