Azərbaycanın NATO-dakı səfirinin və xanımının 90 minlik saatları oğurlandı

Azərbaycanın NATO-dakı səfirinin və xanımının  90 minlik saatları oğurlandı

07-08-2024 13:43 / Bu xəbər 588 dəfə oxundu

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı Brüsseldə soyğunçuluğa məruz qalıblar.

"Haqqin.az" xəbər verir ki, azərbaycanlı diplomat xanımı ilə icarəyə götürdüyü skuterdə olan zaman iki nəfər şəxs revolverin qundağı ilə onların başına vurub. 

Daha sonra onlara məxsus 90 min avro dəyərində iki ədəd "Rolex” saatını oğurlayıblar.

Cəfər Hüseynzadə 2022-ci ilin oktyabrında  Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.