Azərbaycanın Qazaxıstandakı səfirliyi açıqlama yayıb

Azərbaycanın Qazaxıstandakı səfirliyi açıqlama yayıb

08-01-2022 12:35 / Bu xəbər 854 dəfə oxundu

Azərbaycanın Qazaxıstandakı səfirliyi ştat rejimində fəaliyyətini davam etdirir.
 
Bunu "Turan"a səfirlikdən bildiriblər.

Səfirlik Qazaxıstanın paytaxtından Almatıdakı diplomatik missiyanın ofisi, Aktaudakı Baş Konsulluq və diaspor təşkilatları ilə müntəzəm əlaqə saxlayır. 

İnsident zamanı zərər çəkmiş Azərbaycan vətəndaşları ilə bağlı səfirliyə heç bir məlumat daxil olmayıb.

Səfirlik Qazaxıstandan xaricə uçuşların dayandırılması ilə əlaqədar ölkəyə qayıtmaq imkanı olmayan Azərbaycan vətəndaşlarından daxil olan müraciətləri cavablandırır.

Onlara lazımi məlumat və tövsiyələr verilir.

Azərbaycan vətəndaşları səfirliklə aşağıdakı telefonlarla əlaqə saxlaya bilərlər: +7780002838; +7 7172 75 55 27.