Azərbaycanın şəhid sayı 71-ə çatdı

Azərbaycanın şəhid sayı 71-ə çatdı

15-09-2022 13:40 / Bu xəbər 2453 dəfə oxundu

12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş verən atışma nəticəsində həyatını itirən daha 21 hərbçinin adı açıqlanıb.

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 15-də məlumat yayıb.

Bununla da rəsmi siyahıda şəhid olan hərbçilərin sayı 71 nəfərə çatıb.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşma nəticəsində hər iki tərəf itkiyə məruz qalıb.

Sentyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyi 50, Ermənistan isə 105 hərbçisini itirdiyi haqda məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı hücuma keçib.

Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Aram Torosyan isə bildirib ki, Azərbaycan Ermənistanın Qoris, Sotk və Cermuk (Gorus, Zod və İstisu) rayonları istiqamətində intensiv atəş açıb, döyüşə artilleriya və PUA-lar cəlb olunub.