Azərbaycanlı jurnalist Türkiyədə xərçəngdən vəfat edib

Azərbaycanlı jurnalist Türkiyədə xərçəngdən vəfat edib

19-01-2020 16:56 / Bu xəbər 2205 dəfə oxundu

Azərbaycanlı jurnalist Aynur Mirhəsən (Təhməzova) 44 yaşında vəfat edib.

"Report” xəbər verir ki, o, Türkiyədə müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib.

Aynur Mirhəsən qan xərçəngi xəstəliyindən əziyyət çəkirmiş. Son günlər isə səhhəti ağırlaşıb. Kimyaterapiyadan sonra ağciyərləri fəaliyyətini dayandırıb.

Mərhumun cənazəsi bu gecə Azərbaycana gətiriləcək və o, Bakıda dəfn olunacaq.

A.Mirhəsən 1976-cı ilin yanvarın 27-də Bakıda anadan olub. 

1998-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 

"Yeni Müsavat”, "Üç nöqtə”, "Həftə içi” qəzetlərində, "Medifaorum”, "Ann.az” saytlarında işləyib. 

"Mediaforum” saytında layihə rəhbəri olub. Son illərdə Türkiyədə yaşayırdı.