Azərbaycanlı müğənninin evi kül oldu - VİDEO

Azərbaycanlı müğənninin evi kül oldu   - VİDEO

09-01-2015 12:49 / Bu xəbər 2748 dəfə oxundu

Bakıda tanınmış müğənniyə məxsus 2 otaqlı ev yanaraq külə dönüb. 

Arqument.Az anspress-ə istinadən xəbər verir ki, hadisə martın 6-da, gecə saat 01:22-də, paytaxtın Səbail rayonu ərazisində, 20-ci sahədəki binada baş verib. Alov əvvəlcə birotaqlı evdə başlayıb. 

Daha sonra alov qonşuluqdakı 2 otaqlı müğənni Azad Şabanova məxsus mənzilə keçib. Yanğın şiddətlənib. Xoşbəxtlikdən evdə adam olmadığı üçün xəsarət alan olmayıb. 

Yanğınsöndürənlər alovu söndürüblər. Lakin mənzildəki əşyaların çoxu yanaraq yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, gənc müğənni Azad Şabanov “Yeni ulduz-7” mahnı yarışmasının ikincisi olub. 2010-cu ildə Azad Şabanov 2010 Euroviziya Mahnı Müsabiqəsində iştirak etmək üçün milli seçimə qoşulur. 20-yə yaxın iştirakçı arasında Azad yarımfinala seçilir və 2 fevral 2010 tarixində "Buta Palace" – da keçirilən milli yarımfinalda iştirak edir. 

"Smile" mahnısını ifa edən Azad münsiflər heyətinin səsverməsindən keçə bilməyib.