Azərbaycanlı tələbələr dərsə girməkdən imtina etdi - Tiflisdə erməni təxribatı

Azərbaycanlı tələbələr dərsə girməkdən imtina etdi   - Tiflisdə erməni təxribatı

17-04-2015 13:34 / Bu xəbər 1273 dəfə oxundu

Tiflisdə GİPA -da (Gürcüstan İctimai Elmlər İnstitutu) oxuyan erməni tələbələrlə azərbaycanlı tələbələr arasında skandal yaşanıb. 

Arqument.Az xəbər verir ki, bu barədə jurnalist Əfqan Muxtarlı öz "facebook" səhifəsində yazıb. 

O bildirib ki, ermənilərin qondarma genosidi təbliğ etməsi azərbaycanlıların etirazına səbəb olub: "Erməni genosidinin tanınması, təbliğ edilməsi heç də xalqlar arasında dostluğa xidmət etmir. Əksinə, münaqişəni daha da dərinləşdirir. Qondarma genosidin təbliğ edilməsi türklərdə və bizdə haqlı qıcıq yaradır. Bu gün Tiflisdə GİPA-da oxuyan ermənilər genosidi təbliğ edən paltarlarda gəliblər. Azərbaycanlı tələbələr isə dərsə girməkdən imtina ediblər. Xeyli gərginlik yaşanıb və bu gərginliyin 1 il davam edəcəyi şübhəsizdir. Cünki bu gənclər 1 il bir yerdə oxumalıdırlar və onların arasında hansısa səmimi münasibətlərin yaranacağı nağıl söhbətdir".

Arqument.Az